Ermənistanda növbəti saxtakarlıq və dələduzluq

"Aypost" QSC-nin işçisinə mənimsəmə ittihamı irəli sürülüb. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ermənistan Respublikası İstintaq Komitəsinin Lori Regional İstintaq İdarəsinin Tumanyan İstintaq Şöbəsi, "Aypost" QSC-nin operatoru tərəfindən sənədlərin oğurlanması və saxtalaşdırılması faktı ilə başlanmış cinayət işinin ibtidai istintaqını başa çatdırıb. Sonuncu günahlandırılıb.

İstintaqa görə, 1954-cü il təvəllüdlü bir qadın, 1 iyul 2015-ci il tarixdən 1 iyul 2019-cu il tarixədək, rəsmi mövqeyindən istifadə edərək, “Aypost” QSC-nin poçt şöbəsində operator vəzifəsində işlədiyi zaman mənimsəmə hallarına yol verib və pul köçürməsini həyata keçirilməsi əvəzinə 91 146 dram məbləğində pulu öz ehtiyacları üçün istifadə edib.

Əldə edilmiş sübutlara əsasən, "Aypost" QSC-nin işçisi Ermənistan Respublikası Cinayət Məcəlləsinin 179 2 2 və 325 1-ci maddələri ilə ittiham olunur. İlkin istintaqın başa çatdığı elan edilib və cinayət işi ittiham aktı ilə məhkəməyə göndərildi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə