“Demokratik Qüvvələr Alyansı” terror təşkilatının silahlıları Konqoda 22 nəfəri qətlə yetirib

Ötən gecə “Demokratik Qüvvələr Alyansı” terror təşkilatının silahlıları Konqonun Şimali Kivu əyalətinin Beni şəhərində 22 nəfəri qətlə yetirib.

SİA “France Press” agentliyinə istinadən xəbər verir ki, cümə axşamı Konqo Prezidenti Feliks Çisyekyedi “Demokratik Qüvvələr Alyansı” ilə mübarizə üçün Beni şəhərində 21 min hərbçi göndərildiyini bəyan etmişdi. Şimali Kivu əyaləti Uqanda və Ruanda ilə sərhəddə yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə