Filippində 6,8 bal gücündə zəlzələ baş verib

Filippində 6,8 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib. Məlumata əsasən, zəlzələ "UTC" vaxtı ilə saat 06:11-də qeydə alınıb. Yeraltı təkanların episentri Maqsaysay yaşayış məntəqəsindən 5 kilometr cənub-şərqdə, ocağı isə 28,2 kilometr dərinlikdə yerləşib. Mümkün tələfatlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...