Vulkan püskürməsi qurbanlarının sayı 16 nəfərə çatıb

Yeni Zelandiyanın Ağ Adasında ("White Island") vulkan püskürməsi nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb. Bu barədə "The New Zealand Herald" qəzeti məlumat verib. Qeyd edilir ki, vulkan püskürməsi zamanı ağır xəsarətlər almış daha 1 nəfər aparıldığı Yeni Cənubi Uels klinikalarından birində ölüb. Ştat polisi bu informasiyanı təsdiq edib. Öz növbəsində Yeni Zelandiya polisi bildirib ki, daha 2 nəfər itkin düşmüş hesab edilir Yeni Zelandiyanın Ağ Adasında ("White Island") vulkan dekabrın 9-da püskürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...