Hindistanda baş verən yanğında azı 3 nəfər ölüb, dörd nəfər yaralanıb

Hindistan paytaxtının şimalında baş verən yanğında azı 3 nəfər ölüb, daha dörd nəfər yaralanıb.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, yanğın Şalimar-Baqx rayonundakı yaşayış binalarının birində baş verib. Məlumata görə, ölənlərin hamısı qadındır. Üç uşaq da daxil olmaqla altı nəfər yanğından xilas edilib. Əraziyə yeddi yanğınsöndürmə briqadası gəlib, yanğın söndürülüb.

Hadisənin səbəbləri dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...