YPG/PKK ilə Bəşər Əsəd rejimi arasında danışıqlar davam etdirilir

Suriya xarici işlər naziri Vəlid Muallim təşkilatla muxtariyyət mövzusunda danışıqlar aparmağa hazır olduqlarını söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunun ardınca nazir Şam və Haseke əyalətlərində rejim və təşkilat arasında əməkdaşlıq mövzusunda bir sıra danışıqların edildiyini, lakin bu danışıqların nəticə vermədiyini dilə gətirib.

Nazir həmçinin "Sülh Çeşməsi Əməliyyatı" ilə çevrilişə məruz qalan YPG / PKK-ya qrupda birləşməyi təklif etsə də, sonradan YPG / PKK bu təklifi qəbul etmədiyini bildirib.

Qeyd edək ki, yerli mənbələrin verdiyi məlumata əsasən, YPG / PKK ilə Bəşər Əsəd rejimi arasında danışıqlar davam etdirilir .

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə