Fransada güclü fırtına səbəbindən 170 mindən çox ev işıqsız qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mütəxəssislər hava şəraitinin cümə gününün sonuna qədər davam edəcəyini qeyd açıqlayıblar. Məlumata görə, gecə fırtına pik həddə çatdığından 400 min abunəçi elektriksiz qalıb.

Daha sonra elektrik enerjisi təminatını bərpa etmək üçün qüvvə səfərbər olunub, bununla da 220 min evdə işığın verilişi bərpa edilib. Hazırda elektriksiz qalan evlərin sayı azalıb. Fransız meteoroloqları respublikanın 12 bölgəsində "narıncı" hava təhlükəsinin elan olunduğunu bildirirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...