Çinin cənub-şərqində yerləşən Yunnan vilayətində partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Fuyuan rayonunun Huanqnihe şəhərində fəaliyyət göstərən kömür mədənində qeydə alınıb. Qəza nəticəsində 9 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Hadisə zamanı mədəndə olan 85 nəfərdən 75-i xilas olmağa müvəffəq olub. Hadisə yerində müvafiq işlər görülüb, yaralılar xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, qəzaya qaz sızması səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB