Adana şəhərində antiterror əməliyyatı: 5 şübhəli saxlanıldı

Türkiyənin Adana şəhərində terror təşkilatına qarşı keçirilən əməliyyatda 5 şübhəli nəzarətə alınıb. SİA-nın xarici mətbuata əsasən verdiyi məlumata görə, Adana Respublika Prokurorluğu Terrorla Mübarizə Şöbəsi terror təşkilatı olan “Daesh” üçün işə başlaladıqları bildirilib.

Qeyd edək ki, Suriyada silahlı fəaliyyət göstərən 6 xarici şübhəlilərin ünvanları məlum olub. Qruplar səhər saatlarında polisin dəstəyi ilə şübhəlilərin evlərində əməliyyat aparıblar.

Terrorla Mübarizə Şöbəsi qrupları qapıları sındıraraq evlərə daxil olublar. Axtarış nəticəsində, bəzi rəqəmsal materiallar ələ keçirilib.

Əməliyyatda nəzarətə alınanlardan 5-i İraqlı 3-ü Suriya vətəndaşıdır. Vurğulayaq ki, Adanada Şübhəlilərin tutulması üçün işlər davam etdirilir.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...