Goranboy rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Borsunlu kənd sakini, 2004-cü il təvəllüdlü Gülzarə Afiq qızı Əhmədova yolu qarşı tərəfə keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub.
Müxtəlif bədən xəsarətləri alan piyada Goranboy Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun kəllə-beyin travması aldığı, vəziyyətinin isə ağır olaraq qaldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB