Liviyanın paytaxtı Tripolinin Zaviye şəhərində bomba yüklü maşın partladılıb, mülki vətəndaşlar yaralanıb. SİA-nın verdiyi məlumata görə, Milli Təhlükəsizlik Nazirliyindən mediyaya verilən açıqlamada, şəhərə bomba yüklü bir vasitə ilə hücum edildiyi təsdiqləyib.

Hücum nəticəsində bəzi mülki şəxslər yaralanıb, ətrafdakı mağazalar və evlərə isə ziyan dəyib. Nazirlik açıqlamada onu da bildirilib ki, hücum edənlərin niyyəti yalnız şəhərin təhlükəsizliyini pozmaqdır.

Qeyd edək ki, hələlik hücum üçün məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə