Sərhədi keçmək istəyən fələstinlilərə atəş açılıb

İsrail əsgərləri İordan çayının qərb sahilində yerləşən Tulkerm şəhərində sərhədi keçməyə çalışan fələstinli işçilərə atəş açıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, işçilərdən birininin güllə ilə vurulduğu, digərlərinin isə havaya buraxılan qaz nəticəsində təsirsiz hala gətirildiyi bildirilib. Lakin, yaralıların sayı haqqında məlumat yoxdur.

Qeyd edək ki, Qərb sahilindəki fələstinli işçilər İsraildə çətin iqtisadi şərtlərlə işləmək məcburiyyətində qalırlar. Digər tərəfdən isə İsrail işçilərdən xüsusi iş sənədi almalarını tələb edir. Bu da İsrailin bu sənədə iş tapmaq istəyən bir çox fələstinlini ölkəyə qanunsuz daxil olmasına səbəb olur.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə