Parisdə “Normandiya formatı” sammiti başa çatıb

Parisdə Şərqi Ukraynadakı vəziyyəti həll etmək üçün toplanan “Normandiya formatı” sammitində dörd ölkənin - Almaniya, Rusiya, Ukrayna və Fransa rəhbərlərinin Yelisey sarayındakı görüşü başa çatıb.

SİA xəbər verir ki, danışıqlar iki saatdan çox davam edib. “Normand dördlüyü” liderlərinin görüşündən sonra Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna lideri Vladimir Zelenskinin mübahisəli təbii qaz məsələsi ilə bağlı ikitərəfli görüşü gözlənilir.

Görüşdən sonra “Normand dördlüyü” ölkələrinin rəhbərlərinin iştirakı ilə mətbuat konfransı nəzərdə tutulub.

Qeyd edək ki, Şərqi Ukrayna üzrə danışıqların “Normandiya formatı” 2014-cü ilin iyunundan mövcuddur. Sonuncu görüş 2016-cı ildə müttəfiq qoşunlarının Normandiyaya çıxmasının 70 illiyi münasibətilə keçirilən tədbir çərçivəsində baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...