Türkiyə suriyalı qaçqınları Suriya ərazilərində yerləşdirməyə başladı

Türkiyə hökuməti suriyalı qaçqınları “Barış pınarı” əməliyyatı nəticəsində Ankaranın nəzarətinə keçmiş Suriya ərazilərində yerləşdirməyə başlayıb.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının sosial məsələlər üzrə nazirlər konfransı zamanı deyib. O bildirib ki, bu günədək Suriyanın təhlükəsiz hesab olunan ərazilərinə 370 min suriyalı könüllü qayıdıb. R.T.Ərdoğan əlavə edib ki, Ras-əl-Ayn və Tell-Əbyad şəhərləri arasında qəsəbələrin tikintisi başlayıb. Onun sözlərinə görə, bu bölgədə ilkin mərhələdə 1 milyonadək suriyalı məskunlaşa bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...