İsrail həbsxanalarında fələstinlilərin sayı 5000-i aşıb

İsrail ordusundan verilən məlumata görə, 9 nəfər fələstinlinin terror aktlarına qarışdığı iddia edilərək, nəzarətə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, məlumatda fələstinlilərin bölgədəki nəzarət mərkəzinə sövq edildiyi də qeyd edilib.

Qeyd edək ki, Qərb sahilində və Şərqi Qüdsdə adi hala gələn həbslərlə yanaşı, qadınlar və uşaqlar da daxil olmaqla bəzi fələstinlilər həbsxanalarda saxlanılır. Rəsmi Fələstin mənbələrinə görə, İsrail həbsxanalarında 220 uşaq daxil olmaqla 5000-dən çox fələstinli var.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə