İran ABŞ hərbi bazasına hücum edib

ABŞ-ın İraqın ərazisində yerləşən Ayn Əl-Asad hərbi bazası kütləvi raket atəşinə məruz qalıb. İraq mənbələri məlumat verir ki, hücumu həyata keçirən İran hərbçiləri ABŞ bazasını “RSZO” reaktiv raket mərmilərindən atəşə tutublar.

ABŞ rəsmiləri hücum zamanı hər-hansı maddi zərərə məruz qalmadıqlarını iddia edirlər. Xəbəri yayan dərgi isə iddia edir ki, beş raket mərmisinin hərbi bazanın ərazisinə düşməsi maddi və insan itkisinin olmasını istisna etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə