İranın şimalında yerləşən Simnan vilayətində Məşhəd-Tehran avtobusu aşıb. SİA-nın verdiyi məlumata görə, bunu İranın Simnan vilayətinin Qırmızı Aypara Cəmiyyətinin icra direktoru Müzəffər Məhəmmədxani deyib.
M.Məhəmmədxaninin sözlərinə görə, yerli vaxtla saat 5:26-da baş verən hadisədə 24 nəfər yaralanıb.
İdarə rəsmisi yaralıların təcili yardım maşınları ilə müalicə mərkəzlərinə çatdırıldığını deyib. Avtobusda 29 sərnişinin olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə