Vulkan püskürməsindən ən azı 20 nəfər ziyan çəkib

Yeni Zelandiyada Ağ adada vulkan püskürməsi nəticəsində ən azı 20 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, püskürmə zamanı ərazidə nə qədər insanın olması ilə bağlı dəqiq məlumat açıqlanmır. Lakin vulkan olan ada turizm baxımından əlverişli olduğu üçün həmin əraziyə gün ərzində ən azı 10 turistin gəldiyi qeyd olunur.

Tibb işçiləri vulkanın püskürməsi nəticəsində 20 nəfərin yaralandığını, onlardan birinin vəziyyətinin daha ağır olduğunu açıqlayıblar. Lakin daha bir neçə nəfər itkin düşməsi ehtimal olunur.

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern açıqlayıb ki, hazırda polis və Milli Fövqəladə İdarəetmə Agentliyinin işçiləri adanın ətrafında insanları axtarır və xilasetmə tədbirləri həyata keçirirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...