Keçmiş hərbçi insanlara atəş açdı: 5 ölü

Mexikonun tarixi mərkəzində ölkənin silahlı qüvvələrinin ehtiyatda olan kapitanının insanlara atəş açması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Mexiko bələdiyyəsi məlumat yayıb.

Buna qədər insident zamanı, cinayətkarın özü də daxil olmaqla, dörd nəfərin öldüyü, iki nəfərinsə yaralandığı deyilirdi.

“Təhlükəsizlik kabinetinin məlumatına əsasən, hadisə yerində 5 nəfər (dörd nəfər sakin və cinayətkarın özü) ölüb”, - deyə Mexiko hökumətinin rəhbəri Klaudia Şeinbaum qeyd edib.
Bildirilir ki, ehtiyatda olan zabit Meksika prezidentinin iqamətgahının yaxınlığındakı evlərin birinə daxil olaraq təbii ehtiyacını ödəmək istəyib və bu zaman evin sakinləri ona iradlarını bildiriblər. Bunun cavabında o, silahla həmin insanlara atəş açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə