Kollecdə ölənlərin sayı 10-a çatdı

Ukraynanın Odesa şəhərində yerləşən İqtisadiyyat Kollecinin binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında dağıntıların altından daha iki nəfərin meyiti tapılıb. Bildirilir ki, yanğında həmçinin 30 nəfər xəsarət alıb, onlardan 9-u hələdə xəstəxanada qalır. Qeyd edək ki, Odesa şəhərində yerləşən İqtisadiyyat Kollecinin binasında yanğın dekabrın 5-i baş verib. Ölkə prezidenti Vladimir Zelenski dekabrın 8-ni milli matəm günü elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə