Donald Tramp amerikalı tələbənin sərbəst buraxılmasına görə İrana təşəkkür edib

ABŞ Prezidenti Donald Tramp amerikalı tələbənin sərbəst buraxılmasına görə İrana təşəkkür edərək bu addımın iki ölkə arasında razılığa gəlinməsinə imkanlar açdığını deyib. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə twitter hesabında yazıb: "Danışıqların müsbət nəticələndiyi üçün İrana təşəkkür edirəm. Baxın, birlikdə razılaşma əldə edə bilərik!". Qeyd edək ki, İran casusluqda günahlandırdığı amerikalı tələbə Van Siyueni azad edib. ABŞ isə İrana qarşı sanksiyaları pozmaqda günahlandırdığı iranlı bioloq, professor Məsud Süleymaniyə qarşı elan etdiyi ittihamları ləğv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə