Liviyanın Baş Naziri Faiz Saraj marşal Xəlifə Haftarın rəhbərlik etdiyi orduya məxsus döyüş təyyarəsinin vurulduğunu bildirib

Liviya Milli Barışıq Hökumətinin Baş Nazir Faiz Saraj şənbə günü marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusuna məxsus döyüş təyyarəsini vurduqlarını iddia edib.

SİA "Əl Cəzirə" telekanalına istinadən xəbər verir ki, Baş nazir "MiG-23" tipli qırıcının Tripolidən 10 km cənubda, Qasr Ben-Gaşir bölgəsindəki Yarmouk hərbi bazası yaxınlığında vurulduğunu qeyd edib.

Lakin Faiz Saraj pilotun taleyi barədə məlumat verməyib.

Qeyd edək ki, hazırda Liviyada paralel olaraq iki hökumət mövcuddur: birincisi, beynəlxalq səviyyədə tanınan Saraj kabineti və ikincisi, ölkənin şərqində seçilmiş parlamentlə birlikdə fəaliyyət göstərən və Haftar qüvvələri tərəfindən dəstəklənən Abdullah Əbdürrəhman at-Taninin müvəqqəti kabineti.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...