İranda hərbi qulluqçunun açdığı atəş nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub

İranda hərbi qulluqçunun açdığı atəş nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub.

SİA xəbər verir ki, bu barədə İRİB telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər-Ləng liman şəhərində baş verib.

Polisləri güllələyən şəxs saxlanılıb. Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə