Qazaxıstanla Belarus arasında yeni müqaviləsi imzalanacaq

Qazaxıstan ilə Belarus arasında neft ixracı müqaviləsi gələn ilin əvvəlində imzalanacaq. SİA xəbər verir ki, neft ixracı haqqında sazişin imzalandığı tarixi açıqlayan Qazaxıstanın Enerji nazirinin müavini Aset Maqauov Belarusun hazır neft məhsullarına deyil, neft emalı zavodlarına nafta şəklində xammala daha çox maraq göstərdiklərini vurğulayıb.

Qeyd edək ki, Qazaxıstan Belarusa ildə 3,5 milyon tona qədər neft və neft məhsulları tədarük etmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə