"Milli təhlükəsizliyimiz üçün atdığımız addımların NATO-ya etinasızlıq kimi göstərilməsi məntiqsizdir" - Hulusi Akar

"Türkiyə terrorla mübarizədə yalnız buraxıldı".

SİA xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Müdafiə naziri bildirib ki, NATO müttəfiqləri bu həftə Londonda keçirilən sammitdə razılığa gələ bilməyib.

"Milli təhlükəsizliyimiz üçün atdığımız addımların bəzi dairələr tərəfindən NATO-ya etinasızlıq kimi göstərilməsi məntiqsizdir. Sonda razılıq əldə olunmadı. Terrorla mübarizədə yalnız buraxıldıq", - deyə Türkiyənin Müdafiə naziri bildirib.

Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq bir neçə gün öncə Londonda hərbi alyansın 70-ci ildönümü ilə bağlı təşkil edilən sammitin sonunda keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə NATO-nun Baltikyanı ölkələr və Polşa üçün müdafiə planına mane olmayacaq.

Xatırladaq ki, sammitdən öncə rəsmi Ankara sözügedən planı dəstəkləmək üçün NATO-dan onun Suriyanın şimalında YPG kürd qüvvələrinə qarşı mübarizəsində daha çox dəstək verməsini və hərbi alyansdan YPG-ni rəsmi olaraq terror qruplaşması kimi tanımağı tələb edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə