ABŞ Milli Qvardiyasının helikopteri qəzaya uğrayıb ölənlər var

ABŞ Milli Qvardiyasının helikopteri Sent-Klauda (Minnesota ştatı) şəhəri yaxınlığında qəzaya uğrayıb. SİA-nın verdiyi məlumata görə, ştatın qubernatoru Tim Uolz mətbuat konfransında bildirib ki, qəza zamanı helikopterdə olan 3 nəfər həlak olub. "UH-60 Black Hawk" helikopteri Sent-Klaudadan təxminən 25 kilometr cənub-qərbə qəzaya uğrayıb.

"Qəza nəticəsində helikopterdə 3 heyət həlak olub", - Uolz deyib. O, qeyd edib ki, həlak olanların hamısı ABŞ Milli Qvardiyasının hərbi qulluqçuları olub. "Yaxın günlərdə araşdırma başlanacaq", - qubernator əlavə edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə