ABŞ-ın hərbi eskadron gəmisi İrana gəmisini saxlayıb

ABŞ-ın hərbi eskadron gəmisi Oman körfəzində İrana aid olduğu bildirilən gəmini saxlayıb. Həmin gəmidə raketlərin hissələrinin olduğu bildirilir. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Reuters" ABŞ administrasiyasının nümayəndələrinə istinadən məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, "Forrest Sherman" eskadron gəmisi saxlama əməliyyatını hələ keçən həftə həyata keçirib. ABŞ hərbçiləri gəminin göyərtəsində raketlərin hissələrini aşkar ediblər. Gəminin heyəti Yəmənin sahil mühafizəsinə təhvil verilib, yük isə ABŞ-ın sərəncamındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə