Tacikistanda parlament seçkiləri 2020-ci ilin martında keçiriləcək

Tacikistanda parlament seçkiləri 2020-ci ilin martında keçiriləcək

Tacikistanda parlament seçkilərinin tarixi məlum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, seçkilərin keçirilməsi ilə bağlı müvafiq sərəncamı ölkə Prezident Emoməli Rəhmon imzalayıb. Məlumata görə, parlamentin aşağı palatasına seçkilər 2020-ci il martın 1-də, yuxarı palatasına isə martın 27-də keçiriləcək.

Qeyd edək ki, parlamentin aşağı palatası 63 deputatdan ibarətdir, onlardan 22-si partiya siyahısı, 41-i isə birmandatlılıq üzrə seçilir. Ölkədəki 7 siyasi partiyanın hamısı qurultaylarını seçkinin başlamasına 75 gün qalana qədər keçirməlidir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə