Bəzi dairələr tərəfindən görməzlikdən gəlinsə də NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin İŞİD ilə mübarizə edən ölkələr arasında ilk sırada yer aldığını vurğulayıb.SİA-nın verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Yens Stoltenberq Londonda təşkil edilən NATO Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısı çərçivəsində görüşüb.
Stoltenberq görüş zamanı "Türkiyə İŞİD-ə qarşı apardığımız mübarizədə həddindən artıq əhəmiyyətli bir ölkə idi. Türkiyədəki hərbi bazalardan istifadə edilmədən İŞİD-in məğlub edilməsi mümkün ola bilməzdi", deyib.
Türkiyənin əhəmiyyətli bir müttəfiq olduğunu və bunun üçün sərhədə nəzər salmağın kifayət olduğunu ifadə edən Stoltenberg, "Türkiyə hərbi əməliyyatı dayandırdı. Zorakılıqda ciddi bir azalma var. Bundan sonra siyasi həll üçün səy göstərməliyik", - deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB