Filippində "Tisa" tayfunu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Bundan əvvəl iki nəfərin öldüyü açıqlanmışdı.
Bazar ertəsi gecəsi “Tisa” tufanı Manilaya güclü yağış gətirib. Tayfunla əlaqədar ölkədə təxliyə olunanların sayı 225 min nəfəri ötüb.
Tayfunun ölkənin kənd təsərrüfatına vurduğu ziyan 15,7 milyon dollardan az olmayaraq qiymətləndirilir.
Fövqəladə Hallarda İctimai Təhlükəsizlik İdarəsinin məlumatına görə, 300 mindən çox insan sel, onlardan 105 mindən çoxu isə Mayon vulkanının axıntısı təhlükəsindədir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB