İranın Zəncan-Qəzvin magistral yolunda zəncirvari qəza baş verib. SİA-nın verdiyi məlumata görə, bu faktı İranın Təcili Yardım Təşkilatının sözçüsü Müctəba Xaledi təsdiqləyib. M.Xaledinin sözlərinə görə, gecə saat 2 radələrində bir avtobus, bir avtomobil və iki yük maşını toqquşub.
Təşkilat rəsmisi əlavə edib ki, hadisə nəticəsində 3 nəfər həlak olub, 24 nəfər yaralanıb. M.Xaledi hadisə yerinə 9 təcili yardım maşınının cəlb olunduğunu deyib. Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB