Yaponiyadakı fəlakətin ilkin rəsmi nəticələri açıqlandı

Yaponiyadakı fəlakətin ilkin rəsmi nəticələri açıqlandı

Yaponiyada baş verən zəlzələ və daha sonra yaranan sunami nəticəsində 1647 nəfər ölüb, 1720-ü isə itkin düşüb. SİA-nın "Kyodo" xəbər agenliyinə istinadən verdiyi məlumata görə, bu rəqəmlər Yaponiya milli polis təşkilatı tərəfindən açıqlanıb.

 

Yayılan bir başqa xəbərdə isə təkcə Miyagi bölgəsində təxminən 2 min cəsədin olduğu bildirilib. Bu rəqəmin daha da artacağı ifadə edilir. Ümumilikdə ölü sayının 10 mini keçəcəyi təxmin olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə