Pekində fabrikdə partlayış: ölən və itkin düşənlər var

Pekində fabrikdə partlayış: ölən və itkin düşənlər var

Çin paytaxtında qida emalı fabrikində baş verən partlayış nəticəsində bir nəfər ölüb, 2 nəfər itkin düşüb. Hadisə nəticəsində 11 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Onlar xəstəxanalara yerləşdiriliblər. SİA xəbər verir ki, hadisə yerli vaxtla gecə saat 3 radələrində Pekinin şimal hissəsindəki Şunyi rayonunda yerləşən "Kyo-Nichi Dodai" şirkətinə məxsus lobya emalı fabrikində baş verib. Partlayışdan sonra alov meydana gəlib. Yanğınsöndürənlər qısa müddətdə yanğını nəzarət altına ala biliblər.

Hazırda ərazidə itkin düşənlərin axtarış işləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə