Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskidən yapon xalqına qəribə təklif gəlib. SİA-nın "İnterfaks" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Dumasının sədr müavini V.Jirinovski daim zəlzələ təhlükəsi ilə yaşayan yapon xalqını Sibirdəki geniş və boş ərazilərə yerləşdirmə təklifi ilə çıxış edib.
Qəribə açıqlamaları ilə daim gündəmdə olan Jirinovski bildirib ki, yapon xalqı həyatda qalmaq istəyirsə, yaşadıqları ərazini tərk etməlidirlər: "Yaponiyadakı son təbii fəlakətdən sonra yaponlara rus torpaqlarına köçmək məsələsinin müzakirəsinə başlamağı təklif edirik. Yapon xalqının yaxın bir gələcəkdə yox olması təhlükəsi mövcuddur". Mübahisəli Kuril adaları mövzusuna da toxunan partiya sədri bildirib ki, adaları paylaşmaq müzakirə mövzusu ola bilməz. O, yaponların Rusiya torpaqlarında yerləşməsindən ölkəsinin qazanc əldə edəcəyini bildirib.
Qeyd edək ki, Yaponiya Kuril adalarının onun tarixi torpaqlarının olduğunu və İkinci Dünya Müharibəsinin nəticəsi olaraq zəbt edildiyini iddia edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB