"Dünyadakı 100 böyük müdafiə sənayesi quruluşu içində Türkiyə də var"

"Dünyadakı 100 böyük müdafiə sənayesi quruluşu içində Türkiyə də var"

Baş nazir Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesində yerli istehsala istiqamәtlәnәrәk, Türkiyənin dünyadakı ən güclü 100 ölkə siyahısına daxil olduğunu söyləyib.

SİA-nın xəbərinə görə, Ərzurumun düşman işğalından qurtuluşunun 93-cü ildönümü, İstanbulda baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilib.

Baş nazir Ərdoğan çıxışında Yaponiyadakı zəlzələni xatırladaraq Türkiyənin Yaponiyaya yardım ücün hər cür hazırlıq gördüyünü, yardım səsinə dərhal qoşulacağını bildirib.

Baş nazir Ərdoğan Türkiyənin müdafiə sənayesinin dünyadakı ən güclü 100 ölkənin sırasında olduğunu, istehsal olunan ilk peykinin də 2012-ci ildə kosmosa gondəriləcəyini söyləyib.

Ərdoğan, "Türkiyə artıq İsraildən sonra dünyada pilotsuz təyyarə istehsal edən üçüncü ölkədir. Türkiyənin ilk hәrbi gəmisi tamamilə öz mənbələrimizdən emal olundu. Öz istehsalımız olan Göktürkü 2012-ci ildə kosmosa göndəririk. Dünyadakı 100 böyük müdafiə sənayesi qurluşu içində Türkiyə də var" deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə