Şərq-qərb Gürcüstan ərazisindən keçən Xaşuri dairəvi yolunun13 kilometrlik 4 zolaqlı hissəsi 2020-ci ildə təhvil veriləcək
Şərq-qərb (E60) avtomagistralının Gürcüstan ərazisindən keçən Xaşuri dairəvi yolunda tikinti işləri sürətlənib. Xemo Osiauri-Çumateleti layihəsi çərçivəsində tikilən dairəvi yolun 13 kilometrlik 4 zolaqlı hissəsi 2020-ci ildə təhvil veriləcək.
SİA xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.
Bildirilib ki, dairəvi yolda keçid-körpülərin sement-beton işləri başa çatmaq üzrədir.
Gürcüstan Baş Nazirinin müavini, Regional İnkişaf və İnfrastruktur naziri Maya Tsikitişvili və nazirin birinci müavini, Avtomobil Yolları İdarəsinin rəisi İrakli Karseadze Xaşuridə olub, tikinti işlərinin gedişatı ilə maraqlanıblar.
M.Tsikitişvili deyib ki, Xaşuri dairəvi yolu şərq-qərb magistralının ayrılmaz hissəsidir. Gələn il istifadəyə verilməsi nəzərdə tutulan bu yol hazırda tikintisi sürətlə davam edən Rikoti aşırımına daha tez çatmağa imkan verəcək.
Layihə çərçivəsində 4 zolaqlı sement-beton yolun, 21 körpü, 5 tunel, su ötürücü qurğuların və drenaj sistemin tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, E60 magistralının tərkib hissəsi olan Zemo Osiauri–Çumateleti Gürcüstanın əsas tranzit magistralıdır. Bu yolun tikintisinin başa çatması magistralın ötürücülük qabiliyyətini, yol hərəkəti təhlükəsizliyini, tranzit daşınmalarının həcmini artıracaq, nəqliyyat xərclərini və yolda vaxt itkisini xeyli azaldacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB