Əfqanıstan ordusu "Taliban" liderlərindən birini zərərsizləşdirib

Əfqanıstan ordusu "Taliban" liderlərindən birini zərərsizləşdirib

Əfqanıstan milli ordusunun 209-cu korpusunun Mətbuat mərkəzinin rəhbəri Hanif Rezai radikal "Taliban" hərəkatının əsas komandirlərindən biri Məvlavi Nuriddinin zərəsizləşdirildiyini bildirib. SİA-nın verdiyi xəbərə görə, bu barədə "İnterfax" məlumat yayıb.

"Minqacik rayonu ərazisində "taliblər"in hökumət mövqelərinə hücumundan sonra 1 saatdan çox davam edən silahlı toqquşma nəticəsində Nuriddinlə birlikdə beş silahlı öldürülüb, daha yeddi döyüşçü, həmçinin səhra komandiri yaralanıb", - deyə o bildirib. Rezai qeyd edib ki, toqquşmadan sonra silahlılar itki verərək geri çəkiliblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə