Suriyanın şimalında minalanmış avtomobil partladılıb. Bu barədə SİA "Anadolu" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hadisə Cerablus ərazisində qeydə alınıb. Partlayış nəticəsində 4 nəfər yaralanıb. Partlayış zamanı yaxınlıqdakı obyektlərə də ziyan dəyib. Təhlükəsizlik qüvvələri bunun terror aktı olduğunu bildiriblər.
Hadisənin YPG/PKK terrorçuları tərəfindən törədildiyi bildirilir. Yerli mətbu orqanların məlumatına görə, Suriyada ikinci partlayış paytaxt Dəməşqdə baş verib. Hadisə zamanı 2 nəfər həlak olub. Onların azyaşlı olduqları bildirilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB