Özbəkistan Ali Məclisi Senatı 2020-ci il üçün ölkənin dövlət büdcəsini təsdiq edib
Noyabrın 30-da Özbəkistan Ali Məclisi Senatının 24-cü plenar iclasında 2020-ci il üçün ölkənin dövlət büdcəsi təsdiq edilib.
SİA xəbər verir ki, Özbəkistanın Maliyyə naziri Jamşid Kuçkarov 2020-ci ilin büdcəsi haqqında ətraflı danışıb. Bildirib ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 128,5 trilyon sum (1 dollar 9,491sumdur), xərcləri isə 131,1 trilyon sum müəyyən edilib.
Ümumiyyətlə, Senatın iclasında 19 məsələyə baxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB