İranın Xuzistan vilayətində 4,9 bal gücündə zəlzələ qeydə alınıb. SİA-nın verdiyi məlumata görə, zəlzələ oktybarın 29-u yerli vaxtla saat 20:50-də baş verib.
Məlumata əsasən, yeraltı təkanlarının ocağı 20 km dərinlikdə yerləşib.
Zəlzələnin episentri İzeh rayonundan 22 kilometr məsafədə olub.
İnsan itkisi haqda məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB