London körpüsündə naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib. SİA-nın TASS-a istinadən verdiyi xəbərə görə, polis hadisənin qarşısını ala bilib. Lakin hadisənin terror aktı olduğu bildirilir.
Hücum nəticəsində 2 nəfərin öldüyüaçıqlanıb. Şahidlərinin sözlərinə görə, polis hafisə yerinə gələnə qədər bir neçə nəfər silahlının qarşısını almağa çalışıb. Polis əynində saxta intihar kəməri taxmış silahlı şəxsi güllələyərək zərərsizləşdirib. Mətbuata müsahibə verənlər hadisə yerində 8-ə yaxın güllə səslərinin eşidildiyini açıqlayıblar.
İngiltərənin Baş naziri Boris Conson hadisə ilə əlaqədar daim məlumat aldığını, hadisə qurbanlarına və onların ailələrinə dəstək olduqlarını açıqlayıb. Bununla yanaşı o, həmyerlilərinə və təcili yardım işçilərinə etdikləri cəsarətə görə təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB