Mövlud Çavuşoğlu ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər arasında dekabrın 3-4-də NATO-nun 70-ci ildönümü ilə əlaqədar Londonda üzv ölkələrin liderlərinin keçirəcəyi Zirvə toplantısından bəhs edilib. Müzakirə edilən digər məsələlərdən biri də Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə kompleksi barədə olub. NATO rəhbəri bununla bağlı narahat olduqlarını dilə gətirib.
Qeyd edək ki, İngiltərənin “The Economist” nəşri NATO-nun gündəmində Türkiyənin öz nüvə proqramını işə sala biləcəyi və bu məsələnin Şimali Atlantika alyansındakı müttəfiqləri ciddi narahat etdiyini yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB