Parisin Şimal Stansiyasında (Gare du Nord) şübhəli bir çanta aşkarlanıb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, dərhal sərnişinlər ərazidən təxliyə edilib.
İnsanların təxliyə edilməsi təxminən 40 dəqiqə davam edib. Stansiyanın bir hissəsi bağlanılsa da, ümumilikdə fəaliyyəti davam edib. Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.
Qeyd edək ki, Fransada sözügedən hadisə cümə günü naməlum şəxsin London körpüsündə insanlara hücum etməsi ilə eyni vaxta təsadüf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB