London körpüsündə naməlum şəxs bıçaqla ətrafındakılara hücum edib. Hücum zamanı xəsarət yetirilən 5 nəfərdən 2-si dünyasını dəyişib. SİA "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, hadisə yerinə silahlı polislər gəlib, körpü bağlanıb.
Britaniya polisi insidenti törədən şübhəli şəxsə hadisə yerində atəş açıb.
Polis şübhəlinin öldüyünü təsdiqləyib.
Xəbərə görə, bıçaqlanma terror hadisəsi kimi qiymətləndirilib. Polis şübhəlinin üzərində saxta partlayıcı cihaz olduğunu bildirib.
Qeyd edək ki, hadisə şahidlərinin sosial mediada paylaşımlarında şübhəlinin polis gələnədək ətrafdakı vətəndaşlar tərəfindən mühasirəyə alındığı görünür. Hətta vətəndaşlardan biri şübhəlinin əlindəki iri bıçağı almağa müvəffəq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB