Braziliyada barlardan birində naməlum şəxs beş nəfəri girov götürüb

Braziliyada barlardan birində naməlum şəxs beş nəfəri girov götürüb

Braziliyanın Rio-de-Janeyro şəhərinin mərkəzində yerləşən barlardan birində naməlum şəxs beş nəfəri girov götürüb.

SİA “gazeta.ru” saytına istinadən xəbər verir ki, hadisə yerinə xüsusi təyinatlılar cəlb edilib.

Obyektin yerləşdiyi küçə polis tərəfindən mühasirəyə alınıb. Girovları azad etmək üçün danışıqlar aparılıb. Hadisənin hansı səbədə baş verməsi, o cümlədən zərərçəkənlər barədə məlumat verilməyib.

İlkin məlumata görə, naməlum şəxsin bıçaqla və ya "Molotov" kokteyli ilə silahlandığı ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə