Daşkənddə Mərkəzi Asiya ölkələri prezidentlərinin məşvərət görüşü keçirilib

Daşkənddə Mərkəzi Asiya ölkələri prezidentlərinin məşvərət görüşü keçirilib

Daşkənddə Mərkəzi Asiya ölkələri prezidentlərinin məşvərət görüşü keçirilib.

Görüşdə bu ölkələr arasında regional əməkdaşlığın gücləndirilməsi, siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, nəqliyyat-kommunikasiya, mədəni-humanitar və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib ki, region daxilində ticarətin həcmini genişləndirmək, ölkələrin zəngin təbii ehtiyatlarından səmərəli istifadə etmək, iş yerləri açmaq məqsədilə iqtisadiyyatın müxtəlif sahələrində kooperasiya layihələrini həyata keçirmək qarşıda duran əsas məsələlərdəndir.

Digər dövlət başçıları da əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı çıxış ediblər.

Görüşdə Tacikistan Prezidenti Emoməli Rəhmon üç il müddətinə Aralın Xilası Beynəlxalq Fondunun prezidenti seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə