Gürcüstanda cinayətlərin sayı artıb 75 faizinin üstü açılmayıb

Gürcüstanda cinayətlərin sayı artıb 75 faizinin üstü açılmayıb

Ötən ay Gürcüstanda 5 729 cinayət faktı qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Cinayət hallarının yalnız 1 472 və ya 25,69%-nin üstü açılıb. Aylıq müqayisədə cinayət faktlarının sayı 468 hal artıb. Oktyabr ayında qeydə alınan cinayət faktlarının böyük əksəriyyəti əmlaka zərər vurma (1 730), narkotiklərlə (973) və sağlamlığa zərər vurma (891) ilə bağlı olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə