Albaniyada dağıdıcı zəlzələ qurbanlarının sayı 48, xəsarət alanların sayı isə 790 nəfərə çatıb. Bu barədə SİA RİA "Novosti"yə istinadən xəbər verir.
Xatırladaq ki, noyabrın 26-na keçən gecə Albaniyada 6,4maqnitudalı zəlzələ baş verib. Yerli KİV-in məlumatına görə, yeraltı təkanlar daha çox paytaxt Tiranada, zəlzələ episentrinə yaxın olan Durres şəhərində hiss olunub. Məlumata görə, dağıntılar altından 45 nəfər xilas edilib, onlardan üçünün vəziyyəti ağırdır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB