İraq Kür Regional Rəhbərliyi (İKRR) Kürd Fəhlə Partiyası (PKK) terror təşkilatının ölkənin Sincar və digər bölgələrində mövcudluğuna qarşıdır. Hazırda Sincar bölgəsi İraq hökumətinin təhlükəsizlik qüvvələrinin nəzarətindədir. SİA xəbər verir ki, bu fikri İKRR-nin baş naziri Məsrur Barzani Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Anakarada keçirdiyi birgə mətbuat konfransında ifadə edib.
Nazir M.Çavuşoğlu vurğulayıb ki, PKK terror təşkilatı hər iki tərəf üçün ortaq təhdid mənbəyidir. Ona görə də, bütün terror təşkilatlarına qarşı birlikdə mübarizə aparmaq vacibdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində İKRR-nin baş naziri M.Barzanini qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB