Argentinada məktəbliləri ekskursiyaya aparan avtobus aşıb. RİA "Novosti" xəbər verir ki, insident nəticəsində azı 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Argentinanın şimal-şərqində yerləşən San Klemente del Tuyu şəhərindəki okeanariuma gedən avtobusda 11-13 yaş arası 43 şagird və onları müşayiət edən 8 böyük olub.
Aralarında ağır xəsarət alan uşaqların da olduğu yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın səbəbləri hələ müəyyənləşdirilməyib. Sürücünün qanında alkoqol miqdarı ilə bağlı test mənfi nəticə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB